Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanlarının və nişanlanmanın tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.
Yolayrıcından kənarda, yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri həmin yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.