Yol hərəkəti ilə bağlı İnzibati Xətalar Məcəlləsi maddələri JSON və CSV formatında. Data saytdakı səhifələrlə eyni mənbədən gəlir — ayrıca əl ilə saxlanılan nüsxə deyil.
/aciq-melumat/ixm.json
Sahə izahları datanın içindədir
CSV/aciq-melumat/ixm.csv
UTF-8 (BOM ilə) — Excel düzgün açır
Qanun mətni rəsmi elektron qanunvericilik bazasından (e-qanun.az) götürülür, səhifə-səhifə emal olunur və maddə sərhədləri üzrə parçalanır. Kataloq həmin parçalardan avtomatik qurulur — yəni burada əl ilə köçürülmüş rəqəm yoxdur. Mənbə sənədin korpusa son yazılma tarixi: 24 avqust 2026.
Kataloq İXM-in yol hərəkətinə aid maddələrini əhatə edir, Məcəllənin hamısını yox.
Sahənin boş olması qanunda o dəyərin olmaması demək deyil — kataloq mətndən çıxarılır və çıxarıla bilməyən dəyər boş qalır. Boş sahəni «yoxdur» kimi oxumaq səhvdir; təxmin etməkdənsə boş buraxmaq seçilib.
Cərimənizin real statusu, ödəniş vəziyyəti və hüquqi nəticə bu datadan çıxarıla bilməz — onlar yalnız rəsmi orqanlarda müəyyən olunur.
Data ictimai istifadə üçündür. İşlədərkən yolAi-yə istinad edin və mümkünsə konkret maddə səhifəsinə link verin. Qanun mətninin özü rəsmi mənbədən gəlir; hüquqi nəticə çıxaracaq məsələdə aktual redaktəni e-qanun.az-da yoxlayın.
Səhv gördünüzsə — düzəliş siyasəti.