Bu səhifə cavabların necə hazırlandığını və hansı cavabın dərc OLUNMADIĞINI izah edir.
Son yenilənmə: 26 avqust 2026
Sualınız əvvəlcə sənəd korpusunda axtarılır: mətn oxşarlığı (embedding) və açar söz uyğunluğu birlikdə işləyir, ən uyğun bir neçə parça seçilir. Yalnız bundan sonra dil modeli işə düşür və cavabı həmin parçaların üzərində qurur.
Model üçün yazılmış təlimat açıqdır: yalnız verilmiş mətndən cavab ver, mətndə cavab yoxdursa bunu açıq şəkildə söylə. Yəni model «bildiyi»ni yox, sənəddə yazılanı danışmalıdır.
Cavabın altındakı istinadlar modelin öz mətnindən çıxarılmır — onlar axtarış nəticəsinin özündən gəlir, yəni cavab qurularkən HANSI parçaların modelə verildiyi qeyd olunur.
Bu fərq texniki xırdalıq deyil. Modelin yazdığı mətndən maddə nömrəsi çıxarmaq o deməkdir ki, model uydurma bir maddə yazsa, sayt onu «mənbə» kimi göstərəcək. Bizdə istinad cavabın deyil, axtarışın məhsuludur.
Anonim verilən suallar ictimai arxivə (/suallar) düşür və axtarış sistemlərində indekslənir. Buradakı qayda sərtdir: istinadı olmayan cavab ictimai səhifə OLMUR.
Səbəbi: fərdi söhbətdəki səhv bir adamı yanıldır, indekslənən səhifədəki səhv isə aylarla minlərlə adama yanlış hüquqi məlumat paylayır. İkisi eyni risk deyil.
Cavabları dil modeli yazır. Hər cavab insan tərəfindən oxunmur — bunu iddia etmək yalan olardı. Ona görə keyfiyyət nəzarəti başqa yerə qoyulub: cavab yalnız sənəd mətnindən qurulur, istinad avtomatik və yoxlana bilən şəkildə əlavə edilir, istinadsız cavab dərc olunmur.
Bu, səhvi sıfıra endirmir. Dil modeli sənədi səhv oxuya, sualın nüansını qaçıra və ya köhnəlmiş redaktəyə əsaslana bilər. Məhz buna görə hər cavabın yanındakı maddə linki var: son sözü siz mənbədə yoxlayırsınız.
Cavabların məzmunu ödənişlə dəyişdirilmir. Heç bir sürücülük məktəbi, sığorta şirkəti və ya xidmət cavabın içində pulla yer ala bilməz.