Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq xarici işıq siqnalları ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə əl işarələri ilə siqnal verməlidir. Manevr təhlükəsiz olmalı və digərlərinə maneə yaratmamalıdır.
Siqnal manevrə başlamazdan əvvəl verilir və manevr qurtardıqdan sonra dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Verilən siqnal digər iştirakçıları çaşdırmamalıdır.