Yola bitişik ərazidən (həyət, yaşayış massivi, avtomobil duracağı, yanacaqdoldurma məntəqəsi, müəssisə) yola çıxarkən sürücü yolda gedən nəqliyyat vasitələrinə və piyadalara yol verməlidir. Yoldan kənara çıxdıqda isə hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə.
Geriyə dönmək qadağandır: piyada keçidlərində; tunellərdə; körpülərdə, estakadalarda və onların altında; dəmiryol keçidlərində; ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə.