Yola bitişik ərazidən (həyət, yaşayış massivi, avtomobil duracağı, yanacaqdoldurma məntəqəsi, müəssisə) yola çıxarkən sürücü yolda gedən nəqliyyat vasitələrinə və piyadalara yol verməlidir. Yoldan kənara çıxdıqda isə hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə.
Yolayrıcından kənarda sola və ya geriyə dönərkən sürücü qarşıdan gələnlərə və eyni istiqamətdə gedən tramvaya yol verməlidir.