Cavab uydurulmur — yalnız sistemə yüklənmiş rəsmi sənədlərdən qurulur. Aşağıda hansı sənədin hansı hissəsindən istifadə edildiyi göstərilir.
İstinadlar cavabın mətnindən çıxarılmır — axtarış nəticəsinin özündən gəlir. Mənbə siyasəti · Redaksiya siyasəti
Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması I. Nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. II. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. III. Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin. IV. Əgər nəqliyyat vasitəsi qəza işıq siqnalı ilə təchiz edilməmişdirsə və ya bu siqnal saz deyildirsə, sürücü gecə vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yanıb-sönən qırmızı işıqlı portativ fənərdən istifadə edə bilər. Həmin fənər bu maddənin üçüncü hissəsinin tələblərinə uyğun quraşdırılır. V. Nəqliyyat vasitələri aşağıdakı qaydalara əməl edilməklə yedəyə alınır: 1) yedəyə alan nəqliyyat vasitəsinin sükanı arxasında azı bir il sürücülük təcrübəsi olan sürücü əyləşməlidir;
1) buzlu yol şəraitində; 2) yedəyə almadan sonra ümumi nəqliyyat qatarının uzunluğu 24 metrdən artıq olduqda; 3) ikitəkərli motosikletlərlə və ya onları; 4) birdən artıq nəqliyyat vasitəsini.
Maddə 327.1: Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi; Nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə qaydalarının pozulması; Yaşayış zonasında hərəkət etmə qaydalarının pozulması; Əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması; Səkilərlə və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsi. Cərimə məbləği: 40 (qırx) manat.
9) birləşdirici hissə sərt yedəyə almada nəqliyyat vasitələri arasında ən çoxu 4 metr, elastik yedəyə almada isə 4 metrdən 6 metrə qədər məsafə qalmasını təmin etməlidir. Elastik yedəyə alma zamanı birləşdirici hissəsinin hər metri uyğun olaraq siqnal lövhəcikləri və ya bayraqcıqları ilə işarələnir. VI. Aşağıdakı hallarda yedəyə alma qadağan edilir:
6) yedəyə alma zamanı hərəkət sürəti 50 km/saatdan artıq olmamalıdır; 7) yedəyə alma zamanı yedəyə alınan avtobusda, trolleybusda və yük avtomobilinin bort platformasında sərnişin daşınması qadağandır; 8) tormozu və sükanı nasaz olan nəqliyyat vasitələrinin yedəyə alınması onların tam və ya qismən yüklənməsi yolu ilə həyata keçirilməlidir;
5) nəqliyyat vasitəsi öz kütləsindən artıq olan nəqliyyat vasitəsini yedəyə almamalıdır (yedəyə almaq üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitələrinin yedəyə alması halları istisna təşkil edir);
2) yedəyə alınan nəqliyyat vasitəsinin sükanı arxasında sürücü və ya müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan başqa şəxs əyləşməlidir; 3) yedəyə alan nəqliyyat vasitəsinin sürücüsü hərəkətə başladıqda, gündüz vaxtı yaxın işıq faralarını yandırmalıdır; 4) yedəyə alınan nəqliyyat vasitəsinin sürücüsü yedəyə alan nəqliyyat vasitəsi sürücüsünün siqnallarına uyğun siqnallar verməlidir;
Bu cavab məlumatlandırma məqsədi daşıyır və rəsmi hüquqi rəy deyil. Qanunvericilik dəyişə bilər — mübahisəli hallarda maddənin cari mətnini rəsmi mənbədə yoxlayın. Hüquqi qeyd · Səhv bildir