Cavab uydurulmur — yalnız sistemə yüklənmiş rəsmi sənədlərdən qurulur. Aşağıda hansı sənədin hansı hissəsindən istifadə edildiyi göstərilir.
İstinadlar cavabın mətnindən çıxarılmır — axtarış nəticəsinin özündən gəlir. Mənbə siyasəti · Redaksiya siyasəti
M a d d ə 5 3 . Parklanma I. Nəqliyyat vasitələrinə xüsusi olaraq ayrılan, nişanlarla və ya nişanlama xətti ilə işarələnən yerlərdə parklanmağa icazə verilir. II. Yol hərəkətinin təhlükəsizliyini təmin etməyən yerlərdə və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin parklanması qadağandır. [205] 29 iyun 2018-ci il tarixli 1227-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2018-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1439) ilə 53-cü maddənin I hissəsində “ müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya uyğun olaraq təşkil edilir” sözləri “müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur” sözləri ilə əvəz edilmişdir. [206] 29 iyun 2018-ci il tarixli 1227-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2018-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1439) i l ə 53-cü maddənin II hissəsində, VII hissənin birinci və üçüncü (birinci halda) cümlələrində, XIV hissənin 3-cü bəndində, XIX hissənin ikinci və üçüncü cümlələrində və XXV hissədə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir. [207] 12 iyul 2019-cu il tarixli 1654-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1376) ilə 53-cü maddənin X hissəsinin ikinci cümləsində “ göy rəngli kvadrat üzərində 1.24 nişanlanma simvolunun ağ boya ilə təsviri vasitəsilə” sözləri “1.24 nişanlanması ilə” sözləri ilə əvəz edilmişdir. 19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827 ) i l ə 53-cü maddənin X hissəsinin birinci cümləsində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə, ikinci cümləsində “Əlillər” sözü “Əlilliyi olan şəxslər” sözləri ilə, üçüncü cümləsində “ Əlillər” sözü “Əlilliyi olan şəxslər” sözləri ilə, “əlil avtomobili” sözləri “əlilliyi olan şəxs” tanınma” sözləri ilə, dördüncü cümləsində “ əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilmişdir. [208] 29 iyun 2018-ci il tarixli 1227-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2018-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1439) ilə 53-cü maddənin XIII hissənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.
Bu cavab məlumatlandırma məqsədi daşıyır və rəsmi hüquqi rəy deyil. Qanunvericilik dəyişə bilər — mübahisəli hallarda maddənin cari mətnini rəsmi mənbədə yoxlayın. Hüquqi qeyd · Səhv bildir