Cavab uydurulmur — yalnız sistemə yüklənmiş rəsmi sənədlərdən qurulur. Aşağıda hansı sənədin hansı hissəsindən istifadə edildiyi göstərilir.
İstinadlar cavabın mətnindən çıxarılmır — axtarış nəticəsinin özündən gəlir. Mənbə siyasəti · Redaksiya siyasəti
1) yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə); 2) minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda - saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 90 kilometrdən çox olmayan sürətlə; 3) şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə; 4) digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda:avtomagistrallarda - saatda 90 kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 70 kilometrdən çox olmayan sürətlə;
Maddə 45. Yaşayış zonalarında hərəkət I. Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar. II. Yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş, nişanlanmış yerlərdən kənarda saatda 20 kilometrdən artıq sürətlə hərəkət etmək, sürmə təlimi keçmək, mühərriki söndürmədən durmaq, habelə icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması qadağandır. III. Sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər. IV. Bu maddənin tələbləri həyət ərazilərinə də şamil edilir.
Bu cavab məlumatlandırma məqsədi daşıyır və rəsmi hüquqi rəy deyil. Qanunvericilik dəyişə bilər — mübahisəli hallarda maddənin cari mətnini rəsmi mənbədə yoxlayın. Hüquqi qeyd · Səhv bildir
Cavabınız yalnız bizə gedir — mətni harada düzəltmək lazım olduğunu göstərir.