Cavab uydurulmur — yalnız sistemə yüklənmiş rəsmi sənədlərdən qurulur. Aşağıda hansı sənədin hansı hissəsindən istifadə edildiyi göstərilir.
İstinadlar cavabın mətnindən çıxarılmır — axtarış nəticəsinin özündən gəlir. Mənbə siyasəti · Redaksiya siyasəti
6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. IV. Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. V. Svetoforun əsas yaşıl işığının üstünə qara konturlu ox (oxlar) çəkilmişsə, bu, sürücülərə svetoforun əlavə bölməsinin olduğunu bildirir və əlavə bölmənin işığında göstəriləndən fərqlənən digər istiqamətlərdə hərəkətə icazə verir. VI. Svetoforun işığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız piyadalara (velosipedçilərə) şamil edilir. Bu zaman yaşıl işıq piyadaların (velosipedçilərin) hərəkətinə icazə verir, qırmızı işıq isə onların hərəkətini qadağan edir. Velosipedçilərin hərəkətini nizamlamaq üçün həmçinin dairəvi işıqları olan kiçi k ölçülü svetoforlardan da istifadə edilə bilər; həmin svetoforlara üzərində qara rəngli velosiped təsviri olan 200´200 mm ölçüdə ağ rəngli düzbucaqlı lövhə əlavə olunur. VI-I. Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilmiş svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılmış 5.53 nişanı bu yolayrıcında svetoforun siqnalından asılı olmayaraq bu Qanunun 76-cı maddəsinin II hissəsinin tələblərinə və həmin manevrin qaydalarına riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir.[215] VII. Görmə qabiliyyəti tam məhdud olan piyadalara yolun hərəkət hissəsini keçməyin mümkünlüyünü bildirmək üçün svetoforun işıq siqnallarına səs siqnalı da əlavə edilə bilər.[216] VIII. Yolun hərəkət hissəsinin zolaqları ilə, xüsusən hərəkət istiqamət i əks tərəfə dəyişə bilən zolaqları ilə nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün belə yollarda qırmızı rəngli X formalı siqnalı və aşağı yönəldilmiş oxşəkilli yaşıl siqnalı olan qarşılıqlı svetoforlar tətbiq edilir. Bu siqnallar onların altında yerləşən zolaqda hərəkəti müvafiq sürətdə qadağan edir və ya ona icazə verir. Qarşılıqlı svetoforun əsas siqnallarına diaqonal üzrə aşağı sağa və ya sola istiqamətləndirilmiş oxşəkilli sarı siqnal əlavə edilə bilər; onun yanması siqnalın dəyişəcəyini və oxun göstərdiyi zolağa keçməyin zəruriliyini bildirir. Hər iki tərəfdən 1.9 nişanlama xətti olan zolağın üzərində asılmış qarşılıqlı svetofor siqnalları yanmadıqda, bu zolağa girmək qadağandır. IX. Tramvaylar, habelə digər ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda hərəkət edən həmin nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün “T” hər f i şəklində yerləşmiş ağ-sarımtıl dörd dairəvi siqnalı olan birrəngli siqnal svetoforları tətbiq edilə bilər. Svetoforun aşağısında yanan siqnalla eyni anda yuxarıda yanan bir və ya bir neçə siqnal — hərəkətə icazə verir.
M a d d ə 5 9 . Svetoforun siqnalları I. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə). II. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir. III. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir;
tti olan zolağın üzərində asılmış qarşılıqlı svetofor siqnalları yanmadıqda, bu zolağa girmək qadağandır. IX. Tramvaylar, habelə digər ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda hərəkət edən həmin nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün “T” hər f i şəklində yerləşmiş ağ-sarımtıl dörd dairəvi siqnalı olan birrəngli siqnal svetoforları tətbiq edilə bilər. Svetoforun aşağısında yanan siqnalla eyni anda yuxarıda yanan bir və ya bir neçə siqnal — hərəkətə icazə verir. Aşağı siqnalla birlikdə: yuxarıdakı sol siqnal yananda — sola, ortadakı yananda — düzünə, sağdakı yananda — sağa hərəkət etməyə icazə verir. Əgər yalnız yuxarıdakı üç siqnal yanırsa, hərəkət qadağandır. X. Dəmiryol keçidində yerləşən dairəvi ağ-sarımtıl siqnal nəqliyyat vasitələrinin keçiddən keçib getməsinə icazə verir. Yanıb-sönən ağ-sarımtıl və sönmüş qırmızı siqnal olduqda görmə sahəsi həddində keçidə yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığı halda hərəkətə icazə verir. XI. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan müvafiq ərazidə yerləşən yollarda svetoforlar qurmaq qadağandır. [217] XII. Yollarda svetoforların qurulması və onların lazımi vəziyyətdə işləməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.[218] XIII. Müvafiq qərar olmadan svetoforların qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar. [219]
Bu cavab məlumatlandırma məqsədi daşıyır və rəsmi hüquqi rəy deyil. Qanunvericilik dəyişə bilər — mübahisəli hallarda maddənin cari mətnini rəsmi mənbədə yoxlayın. Hüquqi qeyd · Səhv bildir