Cavab uydurulmur — yalnız sistemə yüklənmiş rəsmi sənədlərdən qurulur. Aşağıda hansı sənədin hansı hissəsindən istifadə edildiyi göstərilir.
İstinadlar cavabın mətnindən çıxarılmır — axtarış nəticəsinin özündən gəlir. Mənbə siyasəti · Redaksiya siyasəti
6.1.Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır: -etibarlılıq müddətinin qurtarması; -sahibinin soyadı, adı və atasının adının dəyişdirilməsi; -yazılarında dəqiqsizlik müəyyən edilməsi; -yararsız hala düşməsi; -itirilməsi; -yeni nümunəli vəsiqələrin tətbiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.
5.1.Zəruri hallarda (sorğuya cavab almaq üçün göndəriş yolladıqda, vəsiqənin itməsi ilə əlaqədar bir sıra hallar araşdırıldıqda) müvəqqəti sürücülük vəsiqəsi 1 il müddətinə qədər də verilə bilər.
6.7.Yeni sürücülük vəsiqələri alan şəxslərin əvvəllər verilmiş sürücülük vəsiqələri aşkar olunarsa, bu sənədlər etibarsız sayılmalı və ləğv edilməsi üçün QİM-ə göndərilməlidir. 6.8.1977-ci il sentyabrın 1-nə kimi verilmiş I və II dərəcəli sürücülük ixtisaslarının şəhadətnamələri (ixtisas talonları) olan peşəkar sürücülərin (3-cü dərəcəli) köhnə nümunədən olan sürücülük vəsiqələri, yol hərəkəti qaydaları üzrə nəzəri, təcrübi imtahanları verməklə, yeni sürücülük vəsiqələrinə "BCE", "BCD" ya da "BCDE" kateqoriyalarına dəyişdirilməlidir.
3.6.Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini qorumağa borcludur və onu itirdikdə qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə olunur. 4.Nəqliyyat vasitələri sürücülərinin hazırlanması (ixtisaslarının artırılması) üzrə tədris müəssisələrinin qeydiyyata alınması və onların fəaliyyətinə nəzarət qaydaları.
2.15.Nəqliyyat vasitələrini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri bu müddət başa çatdıqdan sonra, onlar tibbi müayinədən keçdikdən, yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə verdiyi halda qaytarılır. 3.Sürücülük vəsiqəsi.
Bu cavab məlumatlandırma məqsədi daşıyır və rəsmi hüquqi rəy deyil. Qanunvericilik dəyişə bilər — mübahisəli hallarda maddənin cari mətnini rəsmi mənbədə yoxlayın. Hüquqi qeyd · Səhv bildir