Cavab uydurulmur — yalnız sistemə yüklənmiş rəsmi sənədlərdən qurulur. Aşağıda hansı sənədin hansı hissəsindən istifadə edildiyi göstərilir.
İstinadlar cavabın mətnindən çıxarılmır — axtarış nəticəsinin özündən gəlir. Mənbə siyasəti · Redaksiya siyasəti
Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi I. Normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər.Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. II. Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. III. Üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir. IV. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarına çıxmaq qadağandır. Başqa yollarda nəqliyyat vasitələrinin sürücüləri tramvay yaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar. V. Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir. VI. Nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər.
llarına və ya yol polisi əməkdaşının işarələrinə əməl olunması; 3.2.5. nizamlanmayan yol ayırıcısını keçmək: 3.2.5.1. yol ayırıcısına yaxınlaşarkən, yol nişanlanma xətlərinin tələbləri, digər hərəkət iştirakçılarının işarələrini nəzərə almaqla qiymət verilməsi; 3.2.5.2. hərəkətə üstünlük verilən hallarda onlara əməl edilməsi; 3.2.5.3. yol ayrıcısına yaxınlaşdıqda hərəkət sürəti və piyada keçidin keçilməsi; 3.2.6. dönmənin (geriyə dönmənin) icrası: 3.2.6.1. döngəyə düzgün daxil olunması; 3.2.6.2. mükəmməllik, sürət və hərəkət trayektoriyası nəzərə alınmaqla döngədən çıxma. 3.2.7. ötmə: 3.2.7.1. ötmədən əvvəl yol nişanlarının, nişanlanma xətlərinin tələblərini və hərəkətin digər iştirakçılarının davranışlarını nəzərə alaraq, yol şəraitinin qiymətlərdirilməsi; 3.2.7.2. xəbərdarlıq siqnallarının vaxtında verilməsi; 3.2.7.3. konkret şəraitdən asılı olaraq ötmə vaxtı sürət rejimi; 3.2.7.4. hərəkətin təhlükəsizliyini təmin etmək şərti ilə ötmə əməliyyatının başlanğıcı və qurtarması trayektoriyası; 3.2.8. dayanma: 3.2.8.1. xəbərdarlıq siqnalının vaxtında verilməsi və düzgün yerdəyişmə; 3.2.8.2. hərəkət sürətinin mükəmməl olaraq azaldılması; 3.2.8.3. yolun hərəkət hissəsində (kənarında) dayanarkən nəqliyyat vasitəsinin düzgün yerləşdirilməsi. 4. Sürücülüyə namİzədİn hazırlığının qİymətləndİrİlməsİ 4.1. İmtahanın yekunu üzrə imtahan qəbul edən, yol verilmiş səhvlər və qiymət barədə sürücülüyə namizədə məlumat verməlidir. 4.2. Sürücülüyə namizəd imtahan elementlərinin hər hansı birinin icrasından imtina edərsə və yaxud da qəza şəraiti yaratmaqla imtahan qəbul edəni imtahanın gedişinə qarışmağa vadar edərsə, o, “qeyri-məqbul” qiyməti alır. 5. Motosİkletdə İmtahan qəbul etmənİn təşkİlİ və tələblərİ 5.1. Bir qayda olaraq, idarəetmə vərdişi bir nəfərlik motosikletdə, motorollerdə, trisikllərdə və yüngül kvadrisikllərdə yoxlanılır. 5.2. Sürmə vərdişinin yoxlanılması xüsusi meydançada aparılır. 5.3. Sürücülüyə namizəd aşağıda göstərilən manevrləri yerinə yetirməyə bacarmalıdır: 5.3.1. düzünə hərəkət etməklə sürətlər qutusunu aşağıdan yuxarı və yuxarıdan aşağı ötürməyə keçirmək; 5.3.2. ayaqları ayaq altlığından götürməməklə ən aşağı sürətlə idarə etmək; 5.3.3. kiçik radiuslu döngənin və geri dönmənin icrası (“qabarit dairə”, “ilanvari”, “səkkizvari”). 5.4. Əgər imtahan verən şəxs “dairə”, yaxud “ilanvari”, yaxud da “səkkizvari” hərəkəti yerinə yetirə bilmirsə, imtahan dayandırılır. 5.5. “Qeyri-məqbul” qiymət üçün iki səhv və aşağıdakıların olması kifayətdir: 5.5.1. “Dairə” və ya “İlanvari” və yaxud “Səkkizvari” hərəkəti yerinə yetirərkən yol örtüyünə toxunması; 5.5.2. dayanarkən və mühərrik işləyərkən ötürməni ayıra bilməmək. Çap et generated 0.0099799633026123 seconds
Bu cavab məlumatlandırma məqsədi daşıyır və rəsmi hüquqi rəy deyil. Qanunvericilik dəyişə bilər — mübahisəli hallarda maddənin cari mətnini rəsmi mənbədə yoxlayın. Hüquqi qeyd · Səhv bildir