yolAi
Hüquqi AI köməkçi
Ana SəhifəSöhbətSürücülük akademiyasıQiymətlər
yolAi logo
Qiymətlər
Ana səhifə
Sual ver
Dərslər
Testlər
  1. Suallar/
  2. Cavab
Sual·15 avqust 2026·2 baxış

Əlil nişanı olan yerdə park etsəm nə olur?

Cavab
Əlilliyi olan şəxslər üçün ayrılmış yerlərdə həmin tanınma nişanı olmayan nəqliyyat vasitələrinin parklanması qadağandır [Sənəd: 517 IQ Yol hərəkəti haqqında, Maddə 53, səhifə 37]. Belə bir halda, yəni əlilliyi olan şəxslər üçün ayrılmış yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 manat məbləğində cərimə tətbiq edilir [Sənəd: YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR, Maddə 346-1.3, səhifə 11]. Qeyd edim ki, həmin yerlər «1.24 nişanlanması ilə işarələnir» və orada yalnız «“əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər» [Sənəd: 517 IQ Yol hərəkəti haqqında, Maddə 53, səhifə 37].

Bu cavab nəyə əsaslanır

Cavab uydurulmur — yalnız sistemə yüklənmiş rəsmi sənədlərdən qurulur. Aşağıda hansı sənədin hansı hissəsindən istifadə edildiyi göstərilir.

İstinadlar cavabın mətnindən çıxarılmır — axtarış nəticəsinin özündən gəlir. Mənbə siyasəti · Redaksiya siyasəti

  • 517 IQ Yol hərəkəti haqqındaMaddə 53. Parklanma[204]səh. 37· korpusa yazılıb 24 avqust 2026
    anma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar.[207] XI. Parklanma yerlə…Tam mətni göstər

    anma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar.[207] XI. Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydada və ya plastik kartla), SMS, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. XII. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən parklanma yerinin yerləşdiyi ərazi, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla müəyyən edilir. Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. XIII. Ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə ödənişin edilməsi, ödəniş və parklanma qəbzlərinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələr yerləşdirilir. Parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunur. [208] XIV. Ödənişli parklanma yerlərində istifadəçilər üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə aşağıdakı məlumatlar yerləşdirilir: 1) ödənişli parklanma müddəti, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları;

  • YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALARMaddə 346-1.3: Əlilliyi olan şəxslərsəh. 11· korpusa yazılıb 19 iyul 2026

    Maddə 346-1.3: Əlilliyi olan şəxslər üçün ayrılmış yerlərdə digər NV-lərin parklanması. Cərimə məbləği: 60 manat.

  • 517 IQ Yol hərəkəti haqqındaMaddə 53. Parklanmasəh. 85· korpusa yazılıb 24 avqust 2026
    i redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Bort platforması olan yük avtomobilinin banında adamların daşınmasına bu Qanunun müddəalarına uyğun təchiz edildikdən sonra icazə verilir. [214] 6 noyabr 2007-ci il tarixli 481-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu ( Azərbaycan Respublikasının Qanunverici…Tam mətni göstər

    i redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Bort platforması olan yük avtomobilinin banında adamların daşınmasına bu Qanunun müddəalarına uyğun təchiz edildikdən sonra icazə verilir. [214] 6 noyabr 2007-ci il tarixli 481-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1091) ilə 56-cı maddə üzrə, I hissədə “nəfərdən artıq” sözləri “nəfərədək” sözü ilə əvəz edilmişdir və yeni məzmunda XI hissə əlavə edilmişdir. [215] 12 iyul 2019-cu il tarixli 1654-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1376) ilə 59-cu maddəyə yeni məzmunda VI-I hissə əlavə edilmişdir. [216] 8 iyul 2022-ci il tarixli 584-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 avqust 2022-ci il, “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 831) i l ə 59-cu maddənin VII hissəsində “Kor” sözü “Görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilmişdir. [217] 29 iyun 2018-ci il tarixli 1227-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2018-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1439) ilə 59-cu maddənin XI hissədə “ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti təhlükəsizlik komissiyasının” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ” sözləri ilə, “onların ərazisində” sözləri “müvafiq ərazidə” sözləri ilə əvəz edilmişdir. [218] 29 iyun 2018-ci il tarixli 1227-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2018-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1439) ilə 59-cu maddənin XII hissədə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir. [219] 6 noyabr 2007-ci il tarixli 481-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1091) ilə 59-cu maddənin XIII hissəsində “yol nişanlarının” sözləri “svetoforların” sözü ilə əvəz edilmişdir. [220] 12 iyul 2019-cu il tarixli 1654-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1376) ilə 61-ci maddənin VI hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: VI. Yol nişanlarının yerləşdirilməsi müvəqqəti xarakter daşıyırsa (məsələn, yollarda təmir işləri görülürsə, yolun üstü sürüşkəndirsə və s.) və onların istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdırlar.

  • 517 IQ Yol hərəkəti haqqındaMaddə 53. Parklanmasəh. 84· korpusa yazılıb 24 avqust 2026
    M a d d ə 5 3 . Parklanma I. Nəqliyyat vasitələrinə xüsusi olaraq ayrılan, nişanlarla və ya nişanlama xətti ilə işarələnən yerlərdə parklanmağa icazə verilir. II. Yol hərəkətinin təhlükəsizliyini təmin etməyən yerlərdə və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin parklanması qadağandır. [205] 29 iyun 2018-ci il …Tam mətni göstər

    M a d d ə 5 3 . Parklanma I. Nəqliyyat vasitələrinə xüsusi olaraq ayrılan, nişanlarla və ya nişanlama xətti ilə işarələnən yerlərdə parklanmağa icazə verilir. II. Yol hərəkətinin təhlükəsizliyini təmin etməyən yerlərdə və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin parklanması qadağandır. [205] 29 iyun 2018-ci il tarixli 1227-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2018-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1439) ilə 53-cü maddənin I hissəsində “ müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya uyğun olaraq təşkil edilir” sözləri “müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur” sözləri ilə əvəz edilmişdir. [206] 29 iyun 2018-ci il tarixli 1227-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2018-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1439) i l ə 53-cü maddənin II hissəsində, VII hissənin birinci və üçüncü (birinci halda) cümlələrində, XIV hissənin 3-cü bəndində, XIX hissənin ikinci və üçüncü cümlələrində və XXV hissədə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir. [207] 12 iyul 2019-cu il tarixli 1654-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1376) ilə 53-cü maddənin X hissəsinin ikinci cümləsində “ göy rəngli kvadrat üzərində 1.24 nişanlanma simvolunun ağ boya ilə təsviri vasitəsilə” sözləri “1.24 nişanlanması ilə” sözləri ilə əvəz edilmişdir. 19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827 ) i l ə 53-cü maddənin X hissəsinin birinci cümləsində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə, ikinci cümləsində “Əlillər” sözü “Əlilliyi olan şəxslər” sözləri ilə, üçüncü cümləsində “ Əlillər” sözü “Əlilliyi olan şəxslər” sözləri ilə, “əlil avtomobili” sözləri “əlilliyi olan şəxs” tanınma” sözləri ilə, dördüncü cümləsində “ əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilmişdir. [208] 29 iyun 2018-ci il tarixli 1227-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2018-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1439) ilə 53-cü maddənin XIII hissənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.

  • 517 IQ Yol hərəkəti haqqındaMaddə 53. Parklanma[204]səh. 36· korpusa yazılıb 24 avqust 2026
    Maddə 53. Parklanma[204] I. Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. [205] II. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyə…Tam mətni göstər

    Maddə 53. Parklanma[204] I. Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. [205] II. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla təşkil edilir. [206] III. Parklanma yerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. IV. Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər. V. Parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz. VI. Parklanma yerləri 24 saat fəaliyyət göstərir. VII. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XIX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsinin istifadəçilərinə şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. VIII. Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. IX. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət orqanlarının yerləşdiyi inzibati binaların ətrafında müvafiq icra hakimiyyəti orqanının hər biri üçün ayrılıqda müəyyən etdiyi radius çərçivəsində ödənişli parklanma yerlərinin təşkili qadağandır. X. Parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar.[207] XI. Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydada və ya plastik kartla), SMS, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilir.

⚠

Bu cavab məlumatlandırma məqsədi daşıyır və rəsmi hüquqi rəy deyil. Qanunvericilik dəyişə bilər — mübahisəli hallarda maddənin cari mətnini rəsmi mənbədə yoxlayın. Hüquqi qeyd · Səhv bildir

Öz sualını ver

Digər suallar

  • Avtomagistralda qadağa olanlar
  • Nv-nin yolun hərəkət hissəsində saxlanması cəriməsi nə qədərdir?
  • Sürət həddi nişanı olmayan yolda nədir?
  • cerime ballari arxivde qalir?
  • Qirmizida kecmeyin cerimesi
  • Yol nişanı "Dayanmaq qadağandır" nə deməkdir?
yolAi

Azərbaycan yol hərəkəti qaydaları üzrə süni intellekt köməkçisi — suallarınız rəsmi sənədlərə əsaslanan cavablarla.

Naviqasiya

  • Sual ver
  • Testlər
  • Sınaq imtahanı
  • Dərslər
  • Kursa yazıl
  • İXM Cərimələr
  • Çap üçün xülasə
  • Nişanlar
  • Alətlər
  • Lüğət
  • Sürücü bələdçiləri
  • Suallar
  • Açıq məlumat

Hüquqi

  • Haqqımızda
  • Mənbə siyasəti
  • Redaksiya siyasəti
  • Düzəliş siyasəti
  • Hüquqi qeyd
  • Əlaqə
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
© 2026 yolAi. Bütün hüquqlar qorunur.Bu sayt məlumatlandırma üçündür — rəsmi hüquqi mənbə deyil.