Cavab uydurulmur — yalnız sistemə yüklənmiş rəsmi sənədlərdən qurulur. Aşağıda hansı sənədin hansı hissəsindən istifadə edildiyi göstərilir.
İstinadlar cavabın mətnindən çıxarılmır — axtarış nəticəsinin özündən gəlir. Mənbə siyasəti · Redaksiya siyasəti
3) bu Qanunun 73-cü maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda müvafiq nəqliyyat vasitələrində faranın yaxın işıqlarının əvəzinə. [249] Qeyd: Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər: 1) m əhdud görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində — faraların yaxın və uzaq işıqları ilə birlikdə. VI. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və ya dayanacaq işıqları yandırılmalıdır . Əgər qabarit işıqları nasazdırsa, nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəz a dayanma nişanı ilə bu Qanunun tələbinə uyğun işarələnməlidir. [250] VII. Qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər şəraitdə, həmçinin faranın yaxın işıqları və ya duman faraları və dumana qarşı fənərlər yandırala bilər. Qeyd: Yuxarıda göstərilən hallar istisna olmaqla, n əqliyyat vasitələri işıq və səs siqnalları söndürülmüş vəziyyətdə aşağıdakı hallarda duracaqda dayana bilər: 1) i şıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən aydın göründükdə; 2) yolun hərəkət hissəsinin kənarından aralı saxlandıqda; 3) akkumulyatorla təchiz olunmamış motosikletlər yaşayış məntəqəsində yolun hərəkət hissəsinin qırağında saxlandıqda; 4) yaşayış məntəqələrində hərəkət gərginliyi az olan k üçələrdə. VIII. Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. IX. Arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini stop-siqnallara qoşmaq qadağandır. X. “Avtoqatar” tanınma nişanı avtoqatar hərəkət etdiyi, sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində isə, həm də dayandığı və ya durduğu müddətdə yanmalıdır.[251] XI. Səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:
Bu cavab məlumatlandırma məqsədi daşıyır və rəsmi hüquqi rəy deyil. Qanunvericilik dəyişə bilər — mübahisəli hallarda maddənin cari mətnini rəsmi mənbədə yoxlayın. Hüquqi qeyd · Səhv bildir