Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanlarının və nişanlanmanın tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.
Velosiped dəstələri hərəkət hissəsi ilə gedərkən hər biri 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdır; ötməni asanlaşdırmaq üçün dəstələr arasında 80–100 metr məsafə saxlanılır.