Nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir.
3,5 tondan ağır nəqliyyat vasitəsini yoxuşda və ya enişdə qoyduqda təkərlərdən heç olmasa birinin altına tıxac qoyulmalıdır.